Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
Film Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Kinooçerk poetik formada görkəmli şairin həyat və yaradıcılığından söhbət açır.
Film şairin qələm dostlarının — Nikolay Tixonovun, Konstantin Simonovun, Rəsul Həmzətovun, Osman Sarıvəllinin, Aşıq Şəmşirin xatirələri üzərində qurulmuşdur. Filmdə aktyorlardan Əliabbas Qədirov və Yusif Vəliyev iştirak edirlər.
1976-cı ildə — Filmin yaradıcılarından İsmayıl Şıxlı, Yalçın Əfəndiyev və Zaur Məhərrəmov Azərbaycan Komsomolu mükafatına layiq görülmüşdür.
1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı — Azərbaycan şairi Səməd Vurğunun həyat və fəaliyyəti haqqında publisistik hekayətə görə filmə münsiflər heyətinin Diplomu verilmişdir.
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: İsmayıl Şıxlı
Operator: Zaur Məhərrəmov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Şamil Kərimov
Əfəndiyev, Y. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var...” [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı film haqqında] //Azərbaycan.- 1976.- 1 sentyabr.- səh. 133-137.
Кино: Энциклопедический словарь / Гл. ред.